...

Haaqada ekofəalların aksiyası zamanı 700-ə yaxın etirazçı saxlanılıb

Dünya xəbərləri Materials 12 Mart 2023 05:02 (UTC +04:00)
Haaqada ekofəalların aksiyası zamanı 700-ə yaxın etirazçı saxlanılıb

Bakı. Trend:

Niderland polisi Haaqada şəhəri Amsterdam, Rotterdam və Utrextlə birləşdirən əsas yollardan birini bağlayan ekofəalların etiraz aksiyası zamanı 700-ə yaxın insanı saxlayıb.

Trend "TASS"a istinadən xəbər verir ki, bu barədə ölkənin hüquq-mühafizə orqanlarından bildiriblər.

Polislər etiraz aksiyasını dağıtmaq üçün su şırnaqlarından istifadə etməli olduğu üçün saxlanılanların bəzilərinə quru paltarlar verilib.

Polisin məlumatına görə, magistralın özü yerli vaxtla saat 20:00-dan (Bakı vaxtı ilə 23:00) sonra nəqliyyatın hərəkəti üçün açılıb. Hüquq-mühafizə orqanlarının və bələdiyyənin çoxsaylı tələb və xəbərdarlıqlarından sonra fəallar dağılışmaqdan imtina etdikdən sonra su şırnaqları işə salınıb.

İcazəsiz aksiyanı neft, qaz və kömür kimi faydalı qazıntıların hasilatı üçün hökumətin subsidiyalarına qarşı çıxan "Extinction Rebellion" hərəkatı təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti