...

"Qilyermo del Toronun Pinokkiosu" cizgi filmi "Oskar" mükafatını qazanıb

Dünya xəbərləri Materials 13 Mart 2023 04:46 (UTC +04:00)
"Qilyermo del Toronun Pinokkiosu" cizgi filmi "Oskar" mükafatını qazanıb

Bakı. Trend:

"Qilyermo del Toronun Pinokkiosu" (2022) filmi “Ən yaxşı cizgi filmi” nominasiyasında "Oskar" mükafatını qazanıb.

Trend-in məlumatına görə, bu barədə 95-ci Amerika Kino Sənətləri və Elmləri Akademiyasının mükafatlandırma mərasimində bildirilib.

İtalyan yazıçısı Karlo Kollodinin "Pinokkionun sərgüzəştləri" nağılı əsasında çəkilmiş cizgi filmində əsl oğlana çevrilən taxta kukladan bəhs edilir.

Bundan əvvəl "Oskar" mükafatlı Qilyermo del Toronun rejissorluğu ilə çəkilmiş cizgi filmi “Qızıl Qlobus” mükafatına layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti