...

Dövlət Departamenti Avstraliyaya "Tomahawk" raketlərinin mümkün satışını təsdiqləyib

Dünya xəbərləri Materials 17 Mart 2023 00:51 (UTC +04:00)

Bakı. Trend:

ABŞ Dövlət Departamenti Avstraliyaya 895 milyon dollar dəyərində “Tomahawk” qanadlı raketlərinin və digər sistemlərin mümkün satışına icazə verib.

Trend xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin Təhlükəsizlik sahəsində Əməkdaşlıq Agentliyi məlumat yayıb.

Bildirilir ki, Dövlət Departamenti Avstraliyaya təxminən 895 milyon dollar dəyərində "Tomahawk Block V" və "Block IV" sursatlarının və müvafiq avadanlıqların potensial satışını təsdiqləyib.

Qeyd edilir ki, Kanberra daha əvvəl ABŞ-dan bu raketlərdən 220 ədəd, eləcə də digər sistemləri almaq üçün icazə istəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti