...

Türkiyədə 58 avtomobil toqquşub

Dünya xəbərləri Materials 31 Mart 2023 06:35 (UTC +04:00)
Türkiyədə 58 avtomobil toqquşub

Bakı. Trend:

Türkiyədə 58 avtomobilin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Trend xəbər verir ki, hadisə Anadolu magistralının Bolu hissəsində qeydə alınıb.

Zəncirvari qəzada 10 nəfər yaralanıb.

Yaralılar yaxınlıqdakı xəstəxanalara aparılıblar. Onlardan ikisinin vəziyyəti ağırdır.

Qəzaya səbəb kimi qarlı hava səbəbindən yolların buz bağlaması göstərilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti