...

Britaniyanın keçmiş maliyyə naziri Naycel Louson vəfat edib

Dünya xəbərləri Materials 4 Aprel 2023 02:29 (UTC +04:00)
Britaniyanın keçmiş maliyyə naziri Naycel Louson vəfat edib

Bakı. Trend:

1983-1989-cu illərdə baş nazir Marqaret Tetçer hökumətində Böyük Britaniyanın maliyyə naziri olmuş Naycel Louson 92 yaşında vəfat edib.

Trend xəbər verir ki, bu barədə "The Times" qəzeti məlumat yayıb.

N.Louson 1932-ci ildə Londonda anadan olub. Onun ata tərəfdən babası, tacir Qustav Leybson, soyadını Louson olaraq dəyişdirərək, Mitava (indiki Latviyanın Jelgava) şəhərindən Böyük Britaniyaya köçüb. Gələcək maliyyə naziri Oksford Universitetini bitirib, burada fəlsəfə, siyasi elm və iqtisadiyyat üzrə təhsil alıb. Təhsilini başa vurduqdan sonra iki il Hərbi Dəniz Qüvvələrində xidmət edib. 1956-cı ildə N.Louson "Financial Times"da jurnalist karyerasına başlayıb, daha sonra siyasətə başlamazdan əvvəl "Sunday Telegraph" və "The Spectator"da çalışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti