...

“Tesla” 35 “Semi” yük avtomobilini geri çağırır

Dünya xəbərləri Materials 4 Aprel 2023 10:19 (UTC +04:00)
“Tesla” 35 “Semi” yük avtomobilini geri çağırır
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin elektrikli avtomobil istehsalçısı “Tesla” “Semi’ yük avtomobillərini də əhatə edən geriçağırma proqramına başlamaq qərarına gəlib.

Trend-in məlumatına görə, şirkətin ABŞ Milli Avtomobil Yolları Hərəkəti Təhlükəsizliyi Administrasiyasının (NHTSA) internet saytında dərc edilmiş bəyanatına görə, 35 avtomobil geri çağırılır.

Bildirilir ki, “Tesla” Bendix tərəfindən təchiz edilmiş elektron park əyləc klapan modulunda (PVM) yaranan nasazlıq səbəbindən elektrik yük avtomobillərini geri çağırmalı olub. Geriçağırma bildirişinə əsasən, park əyləci çəkildikdə nasaz modul park vəziyyətinə daxil ola bilməyəcək və bu, yük avtomobilinin sürüşməsinə səbəb ola bilər ki, bu da ciddi qəzalarla nəticələnər.

Pulsuz təmir olunacaq

NHTSA saytında dərc edilmiş sənəddə xüsusilə qeyd olunur ki, bu nasazlığa görə heç bir qəza və ya avtomobilə ziyan dəyməyib. Avtomobil istehsalçısı geri çağırılan yük avtomobillərindəki nasaz modulun pulsuz dəyişdiriləcəyini açıqlayıb.

“Tesla” “Semi” 2017-ci ildə təqdim edilsə də, onun tədarükləri ötən aylarda başlayıb. “PepsiCo” və onun törəmə şirkəti “Frito-Lay” elektrik yük maşını tədarük edən ilk şirkətlər olub. Ehtimallara görə, bu qüsurdan təsirlənən avtomobillərin əksəriyyəti “PepsiCo”ya məxsusdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti