...

Rusiyanın xarici işlər naziri Türkiyəyə səfər edəcək

Dünya xəbərləri Materials 5 Aprel 2023 23:23 (UTC +04:00)
Rusiyanın xarici işlər naziri Türkiyəyə səfər edəcək

Bakı. Trend:

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu aprelin 6-7-də Türkiyədə keçiriləcək görüşdə “Akkuyu” atom elektrik stansiyalarının (AES) tikintisini və “Türk axını” layihəsini müzakirə edəcəklər.

Trend xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Akkuyu” AES-in tikintisi, “Türk axını” qaz kəmərinin istismarı kimi strateji layihələr üzrə birgə işlərə toxunulacaq”, - Rusiya XİN-in yaydığı bəyanatda deyilir.

Görüşlər zamanı geniş spektrli problemlərin, öncə qarşılıqlı maraq kəsb edən sahələrdə, o cümlədən, ticarət, energetika və turizm üzrə ikitərəfli qarşılıqlı fəaliyyətin vəziyyətinin və perspektivlərinin müzakirə olunacağı planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti