...

Türkiyə “Avro-2028” və “Avro-2032”yə ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb

Dünya xəbərləri Materials 6 Aprel 2023 18:59 (UTC +04:00)
Türkiyə “Avro-2028” və “Avro-2032”yə ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb

Bakı. Trend:

Türkiyə “Avro-2028” və “Avro-2032”yə ev sahibliyi etmək üçün namizədliyini rəsmi şəkildə irəli sürüb.

Trend Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu sənəd imzalayıb. Nazir namizədlik sənədini Türkiyə Futbol Federasiyasına göndərib. Bu sənəd aprelin 12-də UEFA-ya təqdim olunacaq.

Namizədlik sənədində Türkiyənin ev sahibi olacağı təqdirdə oyunların keçiriləcəyi stadionlar, qonaqların yerləşdirilməsi üçün məkanlar, nəqliyyat və şəhər infrastrukturları başda olmaqla bir çox detallar haqqında məlumatlar var. UEFA “Avro-2028” və “Avro-2032”yə ev sahibliyi edəcək ölkələri bu ilin oktyabrında açıqlayacaq.

Qeyd edək ki, növbəti Avropa çempionatı – “Avro-2024” Almaniyada keçiriləcək. Türkiyə ev sahibliyi üçün namizədliyini irəli sürsə də, 2019-cu ildəki səsvermədə məğlub olmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti