...

Türkiyənin ən böyük hərbi gəmisi olan “TCG Anadolu” xidmətə başlayır

Dünya xəbərləri Materials 9 Aprel 2023 22:16 (UTC +04:00)
Türkiyənin ən böyük hərbi gəmisi olan “TCG Anadolu” xidmətə başlayır

Bakı. Trend:

Dünyanın ilk hərbi PUA gəmisi, eyni zamanda da Türkiyənin ən böyük hərbi gəmisi olan “TCG Anadolu” ölkə donanmasının xidmətinə verilir.

Trend xəbər verir ki, hərbi gəmisinin layihəsi Dəniz Qüvvələri Komandanlığının ehtiyaclarına uyğun olaraq 2015-ci ildən hazırlanmağa başlanıb.

Bayraktar TB3 hücum dronlarının ölkənin ən böyük hərbi gəmisinin göyərtəsində yerləşdirilməsi ilə bağlı iş bu il yekunlaşacaq.

Bundan əlavə, Hürjet döyüş təlim təyyarəsi də gəminin platformasına enə biləcək.

Artıq “TCG Anadolu” orduda xidmətə tam hazırdır və Prezident Rəcəb Tayyib Ərdoğanın da qatılacağı mərasimlə Müdafiə Sənayesi Nazirliyi tərəfindən Dəniz Qüvvələri Komandanlığına təhvil veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti