...

Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi KIZILELMA dördüncü uçuşunu uğurla həyata keçirib (VİDEO)

Dünya xəbərləri Materials 15 Aprel 2023 22:47 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin Baykar şirkətinin tamamilə öz imkanları ilə inkişaf etdirdiyi Bayraktar KIZILELMA pilotsuz döyüş təyyarəsinin uçuş sınaq kampaniyası planlaşdırılan istiqamətdə həyata keçirilib.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi Tekirdağın Çorlu şəhərindəki AKINCI Uçuş Tədris və Sınaq Mərkəzində dördüncü uçuşunu həyata keçirib.

Aprelin 10-da keçirilən inventar qəbul mərasimində dünyanın ilk SİHA gəmisi olacaq TCG Anadolu-nun uçuş göyərtəsində Bayraktar KIZILELMA və Bayraktar TB3 SİHA yer alıb.

Məlumat üçün qeyd edək ki, milli pilotsuz döyüş təyyarəsinin kütləvi istehsalına 2024-cü ildə başlanılması planlaşdırılıb.

Mərasimdə ikinci prototipi istehsal edilən Bayraktar KIZILELMA pilotsuz döyüş təyyarəsinin 2025-ci ildə TCG Anadolu gəmisindən uçuş sınaqlarına başlaması gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti