...

Cənubi Koreya və ABŞ hərbi hava qüvvələri təlimlərinə başlayacaq

Dünya xəbərləri Materials 16 Aprel 2023 09:38 (UTC +04:00)
Cənubi Koreya və ABŞ hərbi hava qüvvələri təlimlərinə başlayacaq

Bakı. Trend:

Koreya Respublikası və ABŞ sabah 110-a yaxın təyyarə və 1400-ə yaxın əsgərin iştirakı ilə planlaşdırılmış iri miqyaslı aviasiya təliminə başlayacaq.

Trend-in məlumatına görə, bu barədə "Yonhap" agentliyi Cənubi Koreya Hərbi Hava Qüvvələrinə istinadən bildirib.

Təlimlər 12 gün davam edəcək və Qvandju Hərbi Hava Qüvvələri bazasında başlayacaq. Cənubi Koreya tərəfi 60-a yaxın təyyarədən, o cümlədən F-35A, F-15K, KF-16 qırıcılarından, həmçinin KC-330 yanacaq tökən təyyarəsindən istifadə edəcək. ABŞ tərəfi 40-dan çox təyyarə, o cümlədən Hərbi Hava Qüvvələrinin F-16 qırıcıları, A-10 hücum təyyarələri, həmçinin Dəniz Piyadaları F-35B və FA-18 təyyarələri istifadə edəcək.

Qeyd edilib ki, təlimlər F-15K və F-35 kimi dördüncü və beşinci nəsil qırıcıların ekipajları arasında qarşılıqlı əlaqənin təkmilləşdirilməsinə həsr olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti