...

Türkiyədə atışma olub

Dünya xəbərləri Materials 23 Aprel 2023 09:43 (UTC +04:00)
Türkiyədə atışma olub

Bakı. Trend:

Türkiyənin İzmir şəhərinin Bayraqlı rayonunda 1 nəfərin ölümü, 5 nəfərin yaralanması ilə nəticələnən atışma olub.

Trend xəbər verir ki, silahlı şəxs qəhvəxanaya basqın edərək bir neçə nəfərə tapançadan atəş açıb.

Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım cəlb olunub.

Yaralılar xəstəxanaya çatdırılıb. Bildirilir ki, hazırda polislər atəş açan şəxsin axtarışını həyata keçirirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti