...

Sınaqlar başa çatdıqdan sonra "Altay" tanklarının seriyalı istehsalına başlanılacaq - Ərdoğan

Dünya xəbərləri Materials 24 Aprel 2023 00:01 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni yerli “Altay” tankının sınaqdan keçirilməsi üçün ölkə silahlı qüvvələrinə təhvil verilməsi mərasimində iştirak edib.

Trend-in məlumatına görə, mərasim Türkiyə Milli Müdafiə Nazirliyinin bazasında keçirilib.

R.T.Ərdoğan qeyd edib ki, hərbi mühəndislər ağır texnika və yerüstü maşınlara olan tələbatı ödəmək üçün illərdir çox çalışırlar. Türkiyə prezindetinin sözlərinə görə, bu işlər daxili və milli vəsaitlər hesabına həyata keçirilib.

"Bu gün biz bir sıra zirehli maşınlar və özüyeriyən uzun mənzilli toplar istehsal edirik. Onların arasında “Altay” milli tankının özünəməxsus yeri var. O, 10 il əvvəl təqdim edilən prototipdən xeyli fərqlənir. Bu, bir çox mövcud analoqları üstələyən və ən yaxşıları ilə rəqabət aparan müasir bir tankdır. "Altay" tankı qabaqcıl texnologiyaların və innovasiyaların sintezində yaradılıb", - deyə Türkiyə prezidenti bildirib.

Bu gün yerli tankın Türkiyə Silahlı Qüvvələrinə təhvil verildiyini qeyd edən R.T.Ərdoğan əlavə edib ki, sınaqlar başa çatdıqdan sonra tankın kütləvi istehsalına başlanılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti