Bakı. Trend:
İsrail polisinin fanatik yəhudi mühacirlərin Məscidül-Əqsaya hücumu zamanı həbs etdiyi 24 yaşlı Türkiyə vətəndaşı Özgecan Mutlu sərbəst buraxılıb.
Trend TurkicWorld-a istinadən xəbər verir ki, o, Türkiyənin Qüds Baş Konsulluğunun cəhdləri nəticəsində bir həftə Əqsaya girişinin qadağan edilməsi şərti ilə sərbəst buraxılıb.
Qeyd edək ki, aprelin 4-də İsrail təhlükəsizlik qüvvələri Qüds şəhərində yerləşən Əl-Əqsa məscidinə basqın edib.