...

Türkiyə MİT Suriyada əməliyyat keçirib, İŞİD lideri zərərsizləşdirilib

Dünya xəbərləri Materials 1 May 2023 09:37 (UTC +04:00)
Türkiyə MİT Suriyada əməliyyat keçirib, İŞİD lideri zərərsizləşdirilib

Bakı. Trend:

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyada keçirdiyi antiterror əməliyyatında İŞİD terror təşkilatının lideri Əbu Hüseyn əl-Qureyşi adlı şəxsi zərərsizləşdirib.

Trend-in TurkicWorld-a istinadən məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Prezident onu da qeyd edib ki, NATO ölkələri arasında PKK terror təşkilatı ilə mübarizə aparan tək ölkə Türkiyədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti