Bakı. Trend:
Yaponiyanın baş naziri Fumio Kişida bazar günü iki günlük səfər üçün Cənubi Koreyaya gəlməyi və Cənubi Koreya prezidenti Yoon Sok Yol ilə görüşməyi planlaşdırır.
Trend-in məlumatına görə, bu barədə "Kyodo" agentliyi xəbər verib.
"İkitərəfli münasibətlərin inkişaf etdirilməsi yolları və sürətlə dəyişən beynəlxalq mühitlə bağlı səmimi fikir mübadiləsi aparmaq üçün yaxşı imkan olacaq", - deyə baş nazir jurnalistlərə bildirib.
Öz növbəsində Cənubi Koreyanın “Yonhap” agentliyi qeyd edib ki, F.Kişidanın gözlənilən səfəri ikitərəfli münasibətlərdə tədricən istiləşməyə işarədir.