...

"Twitter"in yeni rəhbərinin təyin edilməsi "Tesla"ya daha çox vaxt ayırmağa imkan verəcək - Mask

Dünya xəbərləri Materials 13 May 2023 01:45 (UTC +04:00)
"Twitter"in yeni rəhbərinin təyin edilməsi "Tesla"ya daha çox vaxt ayırmağa imkan verəcək - Mask

Bakı. Trend:

"NBCUniversal"ın keçmiş satış direktoru Linda Yakkarinonun "Twitter"in baş direktoru təyin edilməsi "Tesla"ya daha çox vaxt ayırmağa imkan verəcək.

Trend xəbər verir ki, bu barədə "Tesla" və "Twitter" şirkətlərinin rəhbəri İlon Mask özünün səhifəsində yazıb.

"Aydındır ki, Lindanın gətirilməsi mənə "Tesla"da daha çox vaxt keçirməyə imkan verəcək, mən bunu edəcəm", - deyə o bildirib.

Mayın 11-də İ.Mask 6 həftə ərzində vəzifəsini tərk edəcəyini açıqlamışdı. Mayın 12-də "The Wall Street Journal" bildirib ki, Yakkarino şirkətin yeni baş direktoru olmaq üçün "Twitter" ilə danışıqlar aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti