...

Gürcüstan parlamentinin yaxınlığında Rusiya ilə birbaşa aviareyslərə qarşı aksiya keçirilir

Dünya xəbərləri Materials 19 May 2023 23:12 (UTC +04:00)
Gürcüstan parlamentinin yaxınlığında Rusiya ilə birbaşa aviareyslərə qarşı aksiya keçirilir

Bakı. Trend:

Gürcüstan parlamenti yaxınlığında Rusiya ilə Gürcüstan arasında birbaşa aviareyslərə qarşı etiraz aksiyası keçirilir.

Trend bu barədə Gürcüstan KİV-lərinə istinadən məlumat verir.

Aksiya iştirakçıları Rusiyadan birbaşa uçuşların dərhal ləğv edilməsini tələb edirlər.

Parlamentin qarşısında siyasətçilər, vətəndaş fəalları və sadə vətəndaşlar toplaşıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti