...

Desantis ABŞ prezidentliyi postuna namizədlik uğrunda mübarizəyə qoşuldu

Dünya xəbərləri Materials 25 May 2023 03:01 (UTC +04:00)
Desantis ABŞ prezidentliyi postuna namizədlik uğrunda mübarizəyə qoşuldu

Bakı. Trend:

Florida ştatının qubernatoru Ron Desantis Respublikaçılar Partiyasından prezidentliyə namizədliyinin irəli sürülməsi uğrunda mübarizəyə qoşulduğunu rəsmən açıqlayıb.

Trend xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.

Desantisin qərarı ABŞ Federal Seçki Komissiyasına ərizə verdikdən sonra məlum olub. Onun çərşənbə günü iş adamı Elon Mask ilə onlayn söhbət edəcəyi və prezidentliyə namizədliyini irəli sürmək niyyətini açıq şəkildə elan edəcəyi gözlənilir.

44 yaşlı Desantis 2019-cu ildən Florida ştatının qubernatorudur. Bundan əvvəl o, 2013-2018-ci illərdə bu ştatdan ABŞ Nümayəndələr Palatasının üzvü olub. O, digər respublikaçı namizədlər arasında ABŞ-ın keçmiş prezidenti Donald Trampın ən ciddi rəqibi hesab olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti