...

Rusiyada 4,4 bal gücündə zəlzələ olub

Dünya xəbərləri Materials 26 May 2023 02:41 (UTC +04:00)
Rusiyada 4,4 bal gücündə zəlzələ olub

Bakı. Trend:

Rusiyanın Krasnodar diyarında 4,4 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Krasnodar diyarı üzrə Baş İdarəsindən bildirilib.

Məlumata əsasən, zəlzələnin episentri Tuapse şəhərindən 8 km cənubda, ocağı isə 5 km dərinlikdə yerləşib.

Yeraltı təkanlar 13 yaşayış məntəqəsində hiss olunub.

Qeyd olunub ki, xəsarət alan və ölən yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti