...

“Twitter”in reklam gəlirləri azalıb

Dünya xəbərləri Materials 7 İyun 2023 10:54 (UTC +04:00)
“Twitter”in reklam gəlirləri azalıb
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

“Twitter”in aprelin əvvəlindən mayın ortalarına qədər olan 5 həftəlik müddətdə reklam gəlirlərində ötən ilin eyni dövrü ilə müqayisədə 59% azalma müşahidə olunub.

Trend-in məlumatına görə, birjadan çəkilməzdən əvvəl “Twitter”in illik gəliri 5 milyard dollar idi. İlon Maskın 2023-cü il üçün proqnozu isə təxminən 3 milyard dollardır. “Twitter”in sərvəti də 44 milyard dollardan 20 milyard dollara düşüb.

İ.Mask keçən həftə bu mövzuya toxunub və bəzi şirkətlərin “Twitter”i iflasa sürükləmək istədiklərini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti