...

Türkiyədə narkotik tacirlərinə qarşı əməliyyat keçirilib

Dünya xəbərləri Materials 17 İyun 2023 05:07 (UTC +04:00)
Türkiyədə narkotik tacirlərinə qarşı əməliyyat keçirilib

Bakı. Trend:

Türkiyənin İzmir şəhərində narkotik tacirlərinə qarşı əməliyyat keçirilib.

Trend xəbər verir ki, ünvanlara edilən basqınlarda 50 kiloqrama yaxın narkotik ələ keçirilib, 46 şübhəli isə saxlanılıb.

Məlumat üçün qeyd edək ki, əməliyyatda 150 komanda, beş xüsusi əməliyyat qrupu və bir helikopter olmaqla 500 nəfər şəxsi heyət iştirak edib.

Narkotiklər məhv edilmək üçün müsadirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti