Bakı. Trend:
İyunun 19-da axşam saatlarında Gürcüstanın qərbində yağan güclü yağış daşqınlara səbəb olub.
Trend xəbər verir ki, güclü yağış nəticəsində Xaraqauli yaşyış məntəqəsinin küçələrini su basıb.
Təbii hadis nəticəsində xəsarət alanlar barədə məlumat verilməyib.
Sinoptiklərin məlumatına əsasən, yağışlar Gürcüstanda iyunun 22-dək davam edəcək.