Bakı. Trend:
Fransada irqi ayrı-seçkilik zəminində qətlə yetirilən yeniyetmənin ölümündən sonra baş qaldıran etirazlar səngimək bilmir.
Trend xəbər verir ki, etirazlar nəticəsində bugünədək 3 min 200 nəfər saxlanılıb.
Xatırladaq ki, iyunun 27-də Fransanın İl-de-Frans əyalətində, Paris ətrafındakı Nanter qəsəbəsində polis tərəfindən əlcəzairəsilli Nael adlı 17 yaşlı yeniyetmə qətlə yetirilib. Hadisədən sonra ölkəni etiraz dalğası bürüyüb.