...

Monteneqro Türkiyə ilə iqtisadi əməkdaşlığı dərinləşdirməyə ümid edir

Dünya xəbərləri Materials 4 İyul 2023 03:26 (UTC +04:00)

Bakı. Trend:

Monteneqro Türkiyə ilə iqtisadi əməkdaşlığı dərinləşdirməyə ümid edir.

Trend xəbər verir ki, bunu Monteneqro Prezidenti Yakov Milatoviç Türkiyənin Podqoritsadakı səfiri Barış Kalkavanla görüşündə deyib.

Onun sözlərinə görə, iki ölkə arasında siyasi əlaqələrin möhkəmlənməsi iqtisadi əməkdaşlığın genişlənməsi ilə müşayiət olunur.

Milatoviç ölkələr arasında birbaşa uçuşların sayının artmasından məmnunluğunu ifadə edərək, bu il Ankara ilə Podqoritsa arasında hava əlaqəsinin açılacağını qeyd edib.

O, həmçinin Türkiyəyə gözlənilən rəsmi səfəri, bu səfər çərçivəsində iki ölkənin iqtisadi nümayəndə heyətləri arasında danışıqların aparılacağı barədə məlumat verib.

Milatoviç bu məsləhətləşmələrin Monteneqro ilə Türkiyə arasında iqtisadi əməkdaşlığın dərinləşməsinə töhfə verəcəyinə ümid etdiyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti