Bakı. Trend:
Yaponiyanın cənub-qərbində sel və torpaq sürüşməsinə səbəb olduğu güclü yağışlara görə ən azı bir nəfər ölüb, daha 180 min nəfər təxliyə edilib.
Trend-in məlumatına görə, bu barədə "NHK" televiziya kanalı xəbər verib.
Məlumata əsasən, Fukuoka və Oita prefekturalarında Yaponiya Meteorologiya Bürosu ən sonuncu beşinci xəbərdarlıq səviyyəsini elan edib. Bir neçə rayon sakinlərindən təcili olaraq təhlükəsiz yerlərə təxliyə olunması xahiş olunub.
Bir neçə çayın daşdığı Saqa prefekturasında da çətin vəziyyət yaranıb.