...

Türkiyə ilə BƏƏ arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə qədəm qoyur - Ərdoğan

Dünya xəbərləri Materials 19 İyul 2023 21:43 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Yüksək Səviyyəli Strateji Şura mexanizmi vasitəsilə Türkiyə ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında münasibətlərin ən yüksək səviyyədə stabil tənzimlənməsi təmin ediləcək.

Trend xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Əbu-Dabidəki Əl Vətən sarayında iki ölkənin nümayəndə heyətlərinin görüşündə deyib.

R.T.Ərdoğan qeyd edib ki, Türkiyə BƏƏ ilə sıx dialoq və əməkdaşlığın inkişafından məmnundur.

"Birgə anlaşma memorandumunun imzalanması ilə iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə qədəm qoyur", - deyə Türkiyə Prezidenti bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti