...

“France Presse” agentliyi “Twitter”i məhkəməyə verib

Dünya xəbərləri Materials 3 Avqust 2023 00:58 (UTC +04:00)
“France Presse” agentliyi “Twitter”i məhkəməyə verib

Bakı. Trend:

“France Presse” agentliyi müəllif hüquqlarını pozduğuna görə “Twitter”i məhkəməyə verib.

Trend-in məlumatına göörə, “France Presse”in yaydığı kommünikeyə görə, agentlik onun materiallarından istifadə edən “Twitter”dən bunun əvəzini tələb etmək niyyətindədir. Lakin sosial şəbəkə “bununla bağlı müraciətlərə məhəl qoymayıb”.

Agentliyin qeyd etdiyi kimi, əvvəllər Fransa mediası, o cümlədən AFP, materiallarının istifadəsi üçün “Google”dan məhkəmə yolu ilə təzminat alıb. Ancaq kompensasiyanın məbləği açıqlanmır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti