...

Avropanın bu hissəsində yüzlərlə ailə təxliyə edildi

Dünya xəbərləri Materials 8 Avqust 2023 12:33 (UTC +04:00)
Avropanın bu hissəsində yüzlərlə ailə təxliyə edildi
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Portuqaliyanın Alqarve bölgəsində güclü meşə yanğını ilə əlaqədar olaraq təqribən 1400 insan təxliyə edilib.

Trend xarici mediaya istinadən xəbər verir ki, bölgədə meşə yanğını ilə mübarizə artıq bir neçə gündür ki, davam edir.

Bildirilib ki, bir neçə avtomobil yolu təhlükəsizlik məqsədilə bağlanıb. Yanğınla mübarizəyə 800-dən çox yanğınsöndürmə əməkdaşı cəlb olunub.

Qeyd edək ki, bu il Avropanın cənubunda bir çox ölkələrdə anomal istilər səbəbindən yanğınlar baş verir. Bundan əvvəl İtaliyanın Sardiniya adasında, həmçinin, Kiprdə də böyük yanğınlar olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti