...

TÜRKSAT 6A ilə Türkiyə dünyada rabitə peyki istehsal edə bilən 10 ölkə arasında olacaq

Dünya xəbərləri Materials 11 Avqust 2023 14:47 (UTC +04:00)
TÜRKSAT 6A ilə Türkiyə dünyada rabitə peyki istehsal edə bilən 10 ölkə arasında olacaq

Bakı. Trend:

TÜRKSAT 6A ilə Türkiyə dünyada rabitə peyki istehsal edə bilən 10 ölkə arasında olacaq.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, Türkiyənin TÜBİTAK UZAY şirkəti tərəfindən hazırlanan Türksat 6A-nın 2024-cü ildə kosmosa göndərilməsi planlaşdırılır.

Qeyd edək ki, Türkiyənin ilk rabitə peyki olan Türksat 1B 11 avqust 1994-cü ildə Ariane 4 raketi ilə Cənubi Amerikadakı Fransız Qvineyasından orbitə buraxılıb. Türksat 5A və 5B peyklərinin istifadəyə verilməsi ilə Türkiyə görüntü, səs və informasiya rabitəsi xidmətləri ilə dünyada söz sahibi olan ölkələr arasında yerini tutmağa başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti