...

Biz qonşuyuq, qonşunu isə seçmirlər - Lukaşenko

Dünya xəbərləri Materials 11 Avqust 2023 20:17 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Belarus Prezidenti Aleksandr Lukaşenko baş nazir Roman Qolovçenkoya Polşa ilə dialoqu bərpa etmək məqsədilə əlaqə saxlamağı tapşırıb.

Trend xəbər verir ki, bu barədə Belarus prezidenti "Minsk" hava limanında əmək kollektivlərinin nümayəndələri ilə görüşdə məlumat verib.

"Polşalılarla da danışmaq lazımdır. Baş nazirə onlarla əlaqə saxlamasını tapşırdım. İstəyirlərsə gəlsinlər danışaq, əlaqələrimizi yoluna qoyaq. Biz qonşuyuq, qonşunu isə seçmirlər, bunu Tanrı müəyyən edir", - deyə prezident deyib.

Qeyd edək ki, "Vaqner" özəl hərbi şirkətinin qüvvələrinin Belarus ərazisində yerləşdirilməsinə cavab olaraq, dünən Polşa Belarusla sərhəddə 10 min hərbçi yerləşdirəcəyini açıqlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti