...

Türkiyənin Qırğızıstana sement ixracı 26 milyon dolları ötüb

Dünya xəbərləri Materials 15 Avqust 2023 16:30 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə 2023-cü ilin yanvar-iyul aylarında Qırğızıstana sement ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 3,6 dəfə artıraraq, 26,3 milyon dollara çatdırıb.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

İyul ayında Türkiyə Qırğızıstana sement ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 3 dəfə artıraraq, 935 min dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-iyul aylarında Türkiyənin sement və şüşə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 14,8 faiz azalaraq, 2,8 milyard dollara bərabər olub.

Bu ilin iyul ayında Türkiyə 372,6 milyon dollar məbləğində sement və şüşə ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 10,7 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2022-iyul 2023) Türkiyə 5 milyard dollar məbləğində sement və şüşə ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti