...

Yanvar-iyul aylarında Türkiyənin Qırğızıstana polad məhsulları ixracının həcmi açıqlanıb

Dünya xəbərləri Materials 16 Avqust 2023 09:10 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə 2023-cü ilin yanvar-iyul aylarında Qırğızıstana polad məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 77,3 faiz azaldaraq 3 milyon dollara çatdırıb.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

İyul ayında Türkiyə Qırğızıstana polad məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 70,8 faiz azaldaraq 474,5 min dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-iyul aylarında Türkiyənin polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 37,8 faiz azalaraq, 8,3 milyard dollara bərabər olub.

Bu ilin iyul ayında Türkiyə 1,2 milyard dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 27,2 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2022-iyul 2023) Türkiyə 16 milyard dollar məbləğində polad məhsulları ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti