...

Almaniyada bir küçəyə Türkiyənin ilk qadın həkiminin adı verilib

Dünya xəbərləri Materials 17 Avqust 2023 04:38 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyanın Dortmund şəhərində bir küçəyə Wülzburg Universitetini birinciliklə bitirmiş Türkiyənin ilk qadın həkimi Safiye Alinin adı verilib.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, açılış mərasimində Türkiyənin Essen şəhərinin baş konsulu Taylan Aydın, şəhərin yerli idarəçiləri, siyasi partiyaların nümayəndələri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Dortmund Şəhər Şurasının üzvü Emre Güleç iki il əvvəl Safiye Alinin itkin məzarını aşkar etdikdən sonra Dortmund Bələdiyyəsinin ona böyük maraq göstərdiyini bildirib.

“Dortmund Bələdiyyəsi 2024-cü ildə ilk dəfə "Safiye Ali Tibb Mükafatı"nı verəcək” - deyə Güleç qeyd edib.

Məlumat üçün qeyd edək ki, əvvəllər bu küçə İkinci Dünya Müharibəsində xidmət etmiş alman zabitinin adını daşıyıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti