...

Bu ölkənin hava limanını su basdı - 70-ə yaxın reys təxirə salındı

Dünya xəbərləri Materials 17 Avqust 2023 14:52 (UTC +04:00)
Bu ölkənin hava limanını su basdı - 70-ə yaxın reys təxirə salındı
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyada güclü yağış səbəbindən Frankfurt hava limanında daşqın baş verib.

Trend xəbər verir ki, ötən gün axşam saatlarında Almaniyanın cənub-qərb və mərkəzi bölgələrində təsirli olan şiddətli yağış sellərə səbəb olub.

Hessen ştatının Frankfurt şəhərində küçələri, yeraltı keçidləri, zirzəmiləri və qatar stansiyalarını su basıb. Frankfurt hava limanında perron gölə çevrilib və təyyarələr suda qalıb. 70-ə yaxın reys təxirə salınıb, hava limanına gələn 23 reys isə başqa hava limanlarına yönləndirilib.

Hava imanında yerüstü xidmətlər 2 saatdan çox dayandırılıb. Sərnişinlərə uçuş vaxtından 2,5 saat əvvəl hava limanında olmaları barədə xəbərdarlıq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti