...

Bu ölkə də ABŞ-dən qanadlı raketlər alacaq

Dünya xəbərləri Materials 21 Avqust 2023 12:26 (UTC +04:00)
Bu ölkə də ABŞ-dən qanadlı raketlər alacaq
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Avstraliya ABŞ ilə 200-dən çox qanadlı "Tomahawk" raketlərinin satın alınması ilə bağlı saziş imzalayıb.

Trend xəbər verir ki, bu barədə Avstraliyanın müdafiə naziri Riçard Marlz bildirib.

Onun sözlərinə görə, Avstraliya ABŞ və Böyük Britaniya ilə yanaşı, "Tomahawk" raketlərinə sahib olan üç ölkədən biri olacaq.

Məlumata görə, Avstraliya uzaqmənzilli zərbə imkanlarının gücləndirilməsinə 1,3 milyard Avstraliya dolları (833 milyon ABŞ dolları) sərf edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti