Bakı. Trend:
Niderlandın müdafiə naziri Kaysa Ollonqren ölkənin xarici ticarət naziri Lye Şraynemaher ilə birlikdə Ukraynaya səfər edib.
Trend bu barədə xarici mediaya istinadən xəbər verir.
Ollonqren və Şraynemaxer Ukraynanın paytaxtı Kiyev şəhərində, eləcə də İrpen və Buça şəhərlərində olublar. Niderlandın müdafiə naziri, həmçinin Kiyev yaxınlığındakı Qostomel hava limanında da olub.
Niderlandlı nazirlər Ukrayna hakimiyyətinə 210 milyon avro dəyərində hərbi texnika, silah və hərbi sursatla yanaşı, dəstəyi davam etdirəcəklərini vəd ediblər.
Bundan başqa, Niderlandın ticarət naziri Ukraynaya 65 milyon dəyərində yardım və investisiya vəd edib.