...

Hakan Fidan İraq prezidenti ilə görüşdü

Dünya xəbərləri Materials 23 Avqust 2023 14:13 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin xarici işlər naziri Hakan Fidan İraq prezidenti Əbdüllətif Rəşidlə görüşüb.

Trend xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, görüşdə qarşılıqlı ticarət əlaqələrinin artırılması, terrorla mübarizə və iki ölkə arasındakı sərhəd sularından əlverişli istifadə məsələləri müzakirə olunub.

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan ötən gün İraqa rəsmi səfər edib. Səfərin avqustun 24-dək davam edəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti