...

Rusiyada avtobus qəzaya uğrayıb, ölən və yaralananlar var

Dünya xəbərləri Materials 26 Avqust 2023 07:58 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın Saxa Respublikasında (Yakutiya) avtobus qəzaya uğrayıb.

Trend xəbər verir ki, qəza nəticəsində avtobusda olan 8 sərnişin xəsarət alıb, avtobusun sürücüsü isə həlak olub.

"Neryunqri rayonunda "Ural-Vaxta" avtobusu sürücünün idarəetməni itirməsi nəticəsində aşıb. Qəza nəticəsində o, yerindəcə həyatını itirib, 8 sərnişin xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib", - deyə regionun prokurorluğundan bildirilib.

Qəza ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti