Bakı. Trend:
Nigerdə hakimiyyəti ələ keçirənlərin Fransa səfirinin bu ölkəni tərk etməsini tələb etməyə hüququ yoxdur.
Trend xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.
"Fransa üsyançıların tələbini nəzərə alıb. Üsyançıların belə bir tələb irəli sürmək hüququ yoxdur, səfirin ölkəni tərk etməsi ilə bağlı qərarı yalnız Nigerin qanuni hakimiyyət orqanları verə bilər", - deyə açıqlamada bildirilir.
Xatırladaq ki, daha əvvəl Nigerdə hakimiyyətə gələn hərbçilər Fransa səfiri Silven İttedən 48 saat ərzində ölkəni tərk etməsini tələb ediblər.