Bakı. Trend:
27-28 avqust tarixlərində Fələstinin xarici işlər naziri Riyad Əl-Maliki Qırğızıstanda rəsmi səfərdə olacaq.
Trend xəbər verir ki, bu barədə Qırğızıstan XİN-in mətbuat xidmətindən bildirilib.
Səfər zamanı iki ölkənin xarici işlər nazirliklərinin rəhbərləri səviyyəsində rəsmi danışıqlar aparılacaq.
Tərəflər Qırğızıstan-Fələstin münasibətlərinin geniş spektrini və inkişaf yollarını müzakirə edəcək, həmçinin müxtəlif sahələrdə əməkdaşlığa dair bir sıra ikitərəfli sənədlər imzalayacaqlar.
