...

İranlı zəvvarlar İraqda qəzaya düşüb - Ölən və yaralananlar var

Dünya xəbərləri Materials 29 Avqust 2023 14:07 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

İraqda iranlı zəvvarları daşıyan avtobus aşıb.

Trend xəbər verir ki, bu barədə məlumatı İranda Ərbəin Mərkəzi Qərargahının sözçüsü Cavad Təşəkküri açıqlayıb.

Onun sözlərinə görə, avtobusun aşması nəticəsində Ərbəin ziyarətinə yollanan 20 iranlı zəvvar həlak olub, çox sayda insan isə yaralanıb.

Yaralılar arasında üç azyaşlının da olduğu qeyd olunub. Qəzanın səbəbləri hələlik açıqlanmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti