...

Polşada legionellyoza yoluxma halları artıb

Dünya xəbərləri Materials 2 Sentyabr 2023 01:39 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Polşada legionellyoza yoluxanların sayı artmaqdadır.

Trend xəbər veriri ki, bu barədə Jeşuv rayon sanitariya-epidemioloji stansiyasının rəhbəri Yaromir Slonçka məlumat verib.

Sanitariya-epidemioloji stansiya rəhbərinin sözlərinə görə, hazırda Polşada legionellyoz xəstəliyinə yoluxanların sayı 158-ə çatıb.

Avqust ayında Ukrayna sərhədi yaxınlığındakı Jeşuv şəhərində xəstəliyin epidemiyası qeydə alınıb. Legionellyoz sonradan digər bölgələrə yayılıb.

Legionellyoz ağır bir tənəffüs yoluxucu xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı xəstəliyin L. pneumophila bakteriyası ilə çirklənmiş aerozolların inhalyasiya yolu ilə yoluxa biləcəyini, su səpildikdə, jetlər və ya sudan dumanla əmələ gəldiyini bildirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti