...

Yunanıstanda daşqınlar - Ölənlərin sayı artdı

Dünya xəbərləri Materials 6 Sentyabr 2023 17:19 (UTC +04:00)
Yunanıstanda daşqınlar - Ölənlərin sayı artdı
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Yunanıstanda leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı 2-yə yüksəlib. İtkin düşən 3 nəfərin axtarışları davam etdirilir.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, daşqından ən çox təsirlənən bölgələrin Volos, Pilion dağı və Skiathos adası olduğu bildirilib. Maqnisiya bölgəsinin Volos şəhərində dünən baş verən seldə divarın uçması nəticəsində 1 nəfərin öldüyü açıqlanıb.

"Daniel" qasırğası nəticəsində körpünün çökməsi zamanı elektrik dirəkləri yıxılıb. Küçələri su basıb, onlarla avtomobil sel sularında sürüklənib. Güclü yağışın daha 24 saat davam edəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti