Bakı. Trend:
Separatçıların qeyri-qanuni silahlıları da Qarabağı tərk edirlər.
Trend xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Görüntülər Laçın sərhəd-keçid məntəqəsində çəkilib.
Ermənilərin daha bir qrupu Qarabağdan Ermənistana gedib. Kadrlardan da aydın görünür ki, içlərində qadın yoxdur. Aydındır ki, heç tələbələr də deyil. Onlar "tələbə qiyafəsində" ermənilərin işğalçı silahlı dəstə üzvləridir.
Separatçıların qeyri-qanuni silahlılarının Qarabağı tərk etdiyini əks etdirən həmən kadrı təqdim edirik: