Bakı. Trend:
Ukrayna Avropa İttifaqına (Aİ) daxil olarsa, 7 il ərzində İttifaqın büdcəsindən 186 milyard avro əldə edəcək.
Trend xəbər verir ki, bu barədə "Financial Times" qəzeti Aİ Şurası Katibliyinin yeni üzvlərin qəbulunun Aİ üçün maliyyə nəticələrini qiymətləndirən sənədinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, bununla Aİ-nin bir neçə üzv dövləti netto ödəyici olacaq.
Qeyd edək ki, hazırda ümumilikdə 8 dövlət Aİ-yə namizəd statusuna malikdir. Bunlar Albaniya, Türkiyə, Şimali Makedoniya, Monteneqro, Serbiya, Moldova, Ukrayna, həmçinin Bosniya və Herseqovinadır.