...

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında terrorçulara məxsus obyektləri vurub

Dünya xəbərləri Materials 5 Oktyabr 2023 01:01 (UTC +04:00)
Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında terrorçulara məxsus obyektləri vurub

Bakı. Trend:

İraqın şimalındakı Metina, Hakurk, Qara, Qəndil və Asos bölgələrində terrorçu qruplara qarşı keçirilən hava əməliyyatı zamanı 22 obyekt məhv edilib, çoxlu sayda terrorçu zərərsizləşdirilib.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.

Nazirliyinin açıqlamasında bildirilib ki, oktyabrın 5-i yerli saat 19:00-da BMT Nizamnaməsinin 51-ci maddəsindən irəli gələn özünümüdafiə hüququna uyğun olaraq İraqın şimalındakı Metina, Hakurk, Qara, Qəndil və Asos bölgələrində terror təşkilatlarına qarşı hava əməliyyatı keçirilib.

Məlumata əsasən, əməliyyatın məqsədi mülki əhalini və sərhəd təhlükəsizliyini təhdid edən PKK/KCK terror qruplarını və digər terror ünsürlərini zərərsizləşdirməkdir.

"Hava hücumları nəticəsində separatçı terror təşkilatının istifadə etdiyi və bu təşkilatların yüksək rütbəli üzvlərinin gizləndiyi ehtimal olunan mağara, sığınacaq, bunker, sığınacaq və anbarlardan ibarət 22 obyekt məhv edilib. Həyata keçirilən əməliyyatlar zamanı çoxlu sayda terrorçu zərərsizləşdirilib", - deyə qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti