Bakı. Trend:
Polşanın paytaxtı Varşavada tarixdə ilk dəfə olaraq raketdən müdafiə sistemi yerləşdirilib.
Trend xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşak məlumat yayıb.
Nazi bunu "tarixi dönüş nöqtəsi" adlandırıb.
Varşavanın hava hücumundan müdafiə sisteminin əsasını "Patriot" raketdən müdafiə sistemi təşkil edəcək. Blaşak bu sistemin dünyada ən müasir texnika olduğunu deyib.
Qeyd olunub ki, döyüş növbətçiliyi cümə günündən etibarən başlayacaq.