Bakı. Trend:
İsrail-Fələstin münaqişəsinin kəskin olduğu bir vaxtda Londonda yerləşən yəhudi restoranına barbar hücumu olub.
Trend xarici mediaya istinadən xəbər verir ki, Londonun şimal-qərbində yerləşən, kaşrut yeməklərin verildiyi restoranın şüşəsi sındırılıb və kassa aparatı oğurlanıb.
London polisi İsrail-Fələstin qarşıdurmasının kəskinləşməsi fonunda ictimai asayişi qorumaq üçün şəhərin bəzi yerlərində patrulların artırıldığını bildirib.
Hadisə ilə bağlı araşdırmalar davam edir.