...

Britaniya İsrailə dəstək məqsədilə Aralıq dənizinə iki hərbi gəmi göndərəcək

Dünya xəbərləri Materials 13 Oktyabr 2023 02:17 (UTC +04:00)
Britaniya İsrailə dəstək məqsədilə Aralıq dənizinə iki hərbi gəmi göndərəcək

Bakı. Trend:

Böyük Britaniya İsrail hakimiyyətlərinə dəstək nümayişi olaraq Aralıq dənizinin şərqinə iki hərbi gəmi göndərəcək.

Trend-in məlumatına görə, Kral Köməkçi Donanmasının doqquza qədər nəqliyyat və hücum helikopteri daşıya bilən RFA Argus və geniş eniş platforması olan RFA Lyme Bay gəmilərindən kəşfiyyat xarakterli uçuşlar yerinə yetiriləcək.

Qeyd olunur ki, müşahidə uçuşları böyük ehtimalla Kiprdə yerləşən Akrotiri hərbi bazasından Böyük Britaniya Hərbi Hava Qüvvələrinə məxsus RC-135 Rivet Joint kəşfiyyat təyyarəsi və Boeing P-8 Poseidon sualtı patrul təyyarəsi ilə həyata keçiriləcək.

Xatırladaq ki, bundan əvvəl ABŞ rəsmiləri iki təyyarədaşıyan gəminin Aralıq dənizinə köçürüldüyünü açıqlamışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti